DÜNYA


“Coca-Cola” Kambocada yeni zavod açacaq

A+ A

Bakı, 5 dekabr, AZƏRTAC

Cənub-Şərqi Asiyada istehsal gücünün artırılması üçün “Coca-Cola” şirkəti Kambocanın paytaxtı Pnompendə kapitalı 100 milyon dollar həcmində olan yeni zavod istifadəyə verəcək.

AZƏRTAC “Gazeta.ru”ya istinadla xəbər verir ki, Kambocanın Baş naziri Hun Sen bəyan edib ki, zavod şəhərin kənarında xüsusi iqtisadi zonada yerləşəcək. Zavodda 817 iş yerinin açılması nəzərdə tutulur.

Hun Sen əlavə edib ki, Kamboca lazımi infrastruktur yaratmaq və ucuz elektrik enerjisi tədarük etmək üçün daha çox vətəndaşına təhsil verməlidir.

Xəbər verildiyi kimi, üçüncü rübdə “Coca-Сola”nın mənfəəti 1 milyard dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.