CƏMİYYƏT
“Coca-Cola” “Rio-2016” Olimpiya Oyunlarına həsr olunan kampaniyaya başlayıb
Bakı, 12 avqust, AZƏRTAC
"Coca-Cola" şirkəti "Rio-2016" Olimpiya Oyunlarına həsr olunan özəl #ThatsGold kampaniyasına başlayıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, kampaniya hər bir insanın həyatında ən əhəmiyyətli və emosional məqamların, "qızıl anların" olduğunu xatırladır: işdə uğurlar, yarışlarda qalibiyyət, imtahanları müvəffəqiyyətlə vermək, şəxsi avtomobildə ilk gəzinti və hətta köhnə dostla gözlənilməz görüş. Kampaniyanın əsasını titullu atletlərin idman zəfərləri anı və gündəlik həyatlarını nümayiş etdirən iki televiziya çarxı təşkil edir. Video-çarxlarda üzgüçülük üzrə ABŞ çempionu Natan Adrian, yüngül atletika üzrə Codi Uilyams və maneəli qaçış üzrə avstraliyalı idmançı Mişel Cenneke çəkilib. Videolardan başqa #ThatsGold kampaniyası çərçivəsində kreativ təsvirlər yaradılıb. Bu təsvirlərdə dünyanın müxtəlif ölkələrindən 20 olimpiyaçı adi həyat anlarında əllərində əvəzedilməz "Coca-Cola" butulkası ilə əks edilib.
Yeni bərpa edilmiş dəmiryolu deposunda "Coca-Cola Rio 2016" mətbuat mərkəzi fəaliyyət göstərir ki, bu da ən məşhur bloqqerlərə vahid bir komanda halında birləşərək Olimpiya Oyunları barədə məlumat hazırlamaq və öz "qızıl anlar"nı paylaşmaq imkanı yaradır. Bütün məlumatlar sosial şəbəkələrdə #ThatsGold həşteqi ilə yerləşdiriləcək.
Olimpiya parkında azarkeşlər üçün quraşdırılmış nəhəng "Coca-Cola" zonası da "qızıl anlar"a həsr edilib.