CƏMİYYƏT


Cocuq Mərcanlı kəndində 1168 ədəd qəlpə aşkar edilərək götürülüb

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) mayın 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, gün ərzində Cocuq Mərcanlı kəndində 1168 ədəd qəlpə aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, nəticə etibarilə 26.353 kvadratmetr (2.64 hektar) ərazi tam təmizlənib, 19.400 kvadratmetr (1.94 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.