CƏMİYYƏT


Cocuq Mərcanlı kəndində 994 qəlpə aşkar edilib

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən mayın 31-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 994 qəlpə aşkarlanıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib. Yekunda 34 min 867 kvadratmetr ərazi tam təmizlənib, 19,5 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ümumilikdə 99 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Nəticədə 110 min 486 qəlpə, 71 partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik “OF-832” minaatan mərmisi), 25 ədəd 82 mm-lik “M6IÇ” minaatan mərmisinin partladıcı başlığı, 2 ədəd 120 mm-lik “OF-843” minaatan mərmisi, 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan “PQ-7VL” raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi, 4 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, hər birindən 1 ədəd “F-1”, “RQD-5” və “RQ-42” əl qumbarası aşkarlanıb. Bundan başqa, 4 ədəd 23 mm-lik “OFZT” zenit top mərmisi, 1 ədəd 100 mm-lik “OF-412” top mərmisi, 8 ədəd “TM-62P3” minasının gücləndiricisi, 1 ədəd “TM-57” minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17), 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd “Ş-1” top mərmisinin DTM-75 döyüş başlığı, piyada əleyhinə 24 ədəd “OZM-72” minası və tank əleyhinə 139 mina (31 “TM-57”, 108 “TM-57” minasının partladıcısı (MVZ-57) aşkarlanaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 milyon 323 min 612 kvadratmetr (232,36 hektar) ərazi tam təmizlənib. Həmçinin 1 milyon 263 min 440 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.