SİYASƏT


Cocuq Mərcanlı kəndində aparılacaq bərpa işləri qayıdış proqramını təcrübədən keçirmək imkanı yaradıb

Bakı, 27 yanvar, Elvin Camalov, AZƏRTAC

Cocuq Mərcanlı kəndində aparılacaq bərpa işləri qayıdış proqramını təcrübədən keçirmək imkanı yaradıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Əli Həsənov bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar dövlətimizin başçısının imzaladığı Sərəncam tarixi əhəmiyyətə malikdir. Bizim qayıdış proqramımızın hazır olması çoxdan məlumdur və sülh müqaviləsi bağlanan andan onun icrasına başlanacaqdı. Lakin Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasını gözləmədən bərpa işlərinin həyata keçirilməsi ilə bağlı qərar verdi. Bu isə qayıdış proqramımızı təcrübədən keçirmək imkanı yaradıb.

Baş nazirin müavini xatırladıb ki, Cocuq Mərcanlı kəndi Horadiz əməliyyatı zamanı işğaldan azad olunub. Lakin həmin ərazilər daim ermənilərin atəşi altında olduğu üçün qəsəbədə yaşamaq mümkün olmayıb. 2016-cı il aprelin 2-4-də Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar zamanı iki yüksəklik, o cümlədən Lələtəpə yüksəkliyi azad edildi və bununla da Cocuq Mərcanlıda yaşamaq üçün şərait yarandı.

Əli Həsənov bildirib ki, yanvarın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cocuq Mərcanlı kəndində planlaşdırılan bərpa işləri müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.