SİYASƏT


Cocuq Mərcanlı kəndinin bərpası barədə Sərəncam böyük qayıdışın başlanğıcıdır

Bakı, 25 yanvar, Əsəd Məmmədov, AZƏRTAC

Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam işğal altındakı torpaqlarımızın azad olunması, bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində böyük yolun, böyük qayıdışın başlanğıcıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat deyib: “Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirəcək. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm bir addımdır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərdi, xalqımızda Ordumuza olan inamı daha da artırdı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.