CƏMİYYƏT


Cocuq Mərcanlıda 1105 ədəd qəlpə aşkar edilib

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən iyunun 5-də Cocuq Mərcanlı kəndi ərazisində 1105 ədəd qəlpə aşkar edilib. Mina və partlamamış hərbi sursat aşkar edilməyib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 24 142 kvadratmetr ərazi tam təmizlənib, 17 100 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir və bu ilin iyun ayının sonuna kimi tamamlanması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.