CƏMİYYƏT


Cocuq Mərcanlıda gün ərzində 1200-dən çox qəlpə aşkarlanıb

Bakı, 29 may, AZƏRTAC

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 207 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, nəticə etibarilə 22 763 kvadratmetr (2.28 hektar) ərazi tam təmizlənib, 16 400 kvadratmetr (1.64 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumatda bildirilir ki, 97 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 108 368 ədəd qəlpə, 71 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 millimetrlik minaatan mərmi (OF-832), 25 ədəd 82 millimetrlik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 millimetrlik minaatan mərmi (OF-843), 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 millimetrlik zenit top mərmisi (OFZT), 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 millimetrlik silah qumbarası (VOQ-17) 1 ədəd 122 millimetrlik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 24 ədəd piyada əleyhinə mina (OZM-72) və 139 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 108 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 252 271 kvadratmetr (225.23 hektar) ərazi tam təmizlənmiş, 1 222 440 kvadratmetr (122.24 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.