CƏMİYYƏT


Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkarlanıb

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 495 qəlpə, 2 ədəd partlamamış hərbi sursat (PHS) (30 mm-lik silah qumbarası (VOQ-17)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina (1 ədəd TM-57 minası və 7 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, nəticə etibarilə 19 min 064 kvadratmetr ərazi tam təmizlənib, 28 min 100 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.