REGİONLAR


Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi uğurla davam etdirilir VİDEO

Cəbrayıl, 21 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi uğurla davam etdirilir.

AZƏRTAC-ın müxbiri Cocuq Mərcanlıda tikinti işlərinin gedişi ilə tanış olub. İnşaat işlərinə 20-yə yaxın texnika, 100-dən çox işçi cəlb edilib. Bu mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Qəsəbədə, həmçinin yaşıllıqlar salınacaq, yollar, səkilər və arxlar çəkiləcək.

İş icraçısı Loğman Bayramov bildirib ki, qəsəbədə bünövrələrin qazılması işləri başa çatmaq üzrədir. Artıq bir sıra evlərin və ictimai binaların bünövrəsinin qoyulmasına və hörgü işlərinə başlanılıb.

Tikintidə çalışanların əhvali-ruhiyyəsi yüksəkdir. Cocuq Mərcanlıda çox böyük həvəslə işləyən usta Canpolad Ağayevin ən böyük arzusu tikinti-bərpa işlərinin işğaldan azad ediləcək digər şəhər və kəndlərimizdə də aparılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.