ELM VƏ TƏHSİL


Coğrafi informasiya sistemləri fənni üçün proqramlar hazırlanıb

Bakı, 3 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin ekologiya və torpaqşünaslıq fakültəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilən seminarda ali məktəblərdə tədris olunan coğrafi informasiya sistemləri (CİS) fənni üçün hazırlanmış proqramlar müzakirə olunub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, respublikanın ali təhsil müəssisələrində coğrafi informasiya sistemləri fənnini tədris edən müəllimlərin, ayrı-ayrı qurumların mütəxəssislərinin iştirak etdikləri seminarda BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva CİS texnologiyalarının müxtəlif sahələrdə tətbiqindən, təhsil müəssisəsində bu sahə üzrə kadr hazırlığının vəziyyətindən danışıb.

Sonra BDU-nun və “Azərkosmos”un əməkdaşları təqdimatlarla çıxış ediblər.

Seminarın keçirilməsinin məqsədi müvafiq sahədə çalışan mütəxəssislərlə təcrübə mübadiləsi aparılması və tədris proqramlarının təkmilləşdirilməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.