ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunda “Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” kitabının təqdimatı olub

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” kitabının təqdimatı olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifi akademik Ramiz Məmmədov landşaft planlaşdırılmasının mahiyyəti və tətbiqi haqqında məlumat verib. Bildirilib ki, kitabda landşaft planlaşdırılmasının mahiyyəti açıqlanır, onun torpağı sağlam saxlamaq, fiziki və bioloji mühitini mühafizə etmək məqsədilə istifadəsi üçün tövsiyələrin hazırlanmasına sistemli yanaşmanın vacib olduğu göstərilir. Kitabda landşaft planlaşdırılmasının məqsədləri və metodları verilir, qarşıya qoyulan konkret vəzifələr müəyyənləşdirilir.

Altı bölmədən, 290 səhifədən ibarət kitab ərazi idarəçiliyi, təbiəti mühafizə ilə məşğul olan mütəxəssislər, elmi işçilər, universitet müəllimləri və tələbələr üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.