ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunun demoqrafiya məsələlərinə həsr olunmuş yeni nəşri

A+ A

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən ötən ilin sentyabrında Şəki-Zaqatala iqtisadi regionunda keçirilmiş respublika konfransının materiallarından ibarət yeni kitab çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə nəşr edilən “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” kitabı 582 səhifədən və beş bölmədən ibarətdir. Nəşr “Azərbaycanda demoqrafik inkişaf problemləri və əhali məskunlaşması məsələləri”, “Məskunlaşmaya təbii-coğrafi və ekoloji şəraitin təsiri”, “Regionların sosial-iqtisadi inkişafının müasir problemləri”, “Turizm-rekreasiya ehtiyatlarından istifadə və əhali məşğulluğunun həlli yolları”, “Multikulturalizm və tolerantlıq: Müasir vəziyyət və regionların inkişafının prioritet istiqamətləri” mövzularını əhatə edir.

R.Məmmədov kitaba yazdığı giriş sözündə qeyd edir ki, əhalinin öyrənilməsi onların səmərəli məskunlaşması, şəhər və kənd məntəqələrinin inkişafı, əhalinin səmərəli məşğulluğunun təmini, miqrasiyanın nizamlanması regional inkişaf fərqlərinin azaldılması üçün zəruridir. Bu istiqamətdə tədqiqatların aparılması mühüm vəzifə kimi qarşıda durur.

Kitab nəinki bu sahə ilə məşğul olan mütəxəssislər, tələbələr, magistrlər üçün dəyərli mənbə rolunu oynayar, eyni zamanda, geniş oxucu kütləsinin də marağına səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.