ELM VƏ TEXNOLOGİYA


Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq təşkilat tərəfindən mükafatlandırılıb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun iqlim və aqroiqlimşünaslıq şöbəsinin müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Xəyyam Rəhimov “Avropa Nəşr Mətbuat Evi”nin mükafat komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, alim bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki ziyalı mövqeyinə, çoxlu sayda elmi-publisistik kitablarına, ölkənin əsas çoxillik bitkilərinin aqroiqlim şəraiti, ehtiyatları, meteoroloji şəraitin məhsulun keyfiyyətinə təsiri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına görə layiq görülüb. Həmçinin X.Rəhimov gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkəmizdə coğrafiya elminin inkişafında göstərdiyi xidmətlərinə görə qızıl medalla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.