DÜNYA
Con Kerri: ABŞ və Böyük Britaniya arasında münasibətlər dəyişməyəcək
Bakı, 25 iyun, AZƏRTAC
Biz Böyük Britaniya və Şimali İrlandiya Krallığının Avropa İttifaqından çıxması ilə bağlı qərarına hörmətlə yanaşırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Con Kerri Böyük Britaniyada keçirilən referendumun nəticələri ilə bağlı deyib. O bildirib ki, Britaniya əhalisi Avropa İttifaqından ayrılsa belə bu ölkə dünyada sülh və sabitliyə sadiq olacaq. “ABŞ və Böyük Britaniya arasında mövcud olan xüsusi münasibətlər əvvəlki kimi dəyişməz qalacaq. Bizim ölkələr NATO-nun güclü, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, kommersiya tərəfdaşları və yaxın dostlardır”, - deyə o bəyan edib.
Con Kerri qeyd edib ki, ABŞ həmçinin Avropa qarşısında öhdəliklərini bir daha təsdiq edir və Avropa Birliyi ilə Ukrayna, nüvə silahının yayılmaması, iqlim dəyişikliyi, ticarət, insan haqları kimi məsələlər üzrə birgə gündəliyə malikdir. “Yaxın illərdə bir məsələ dəyişməz qalacaq ki, bu da Amerikanın bütün Avropa dostlarına və əsasında demokratiyaya qarşılıqlı dəstək, sülhə sadiqlik və qanunun aliliyi duran Avroatlantik əlaqələrə güclü dəstəkdir”, - deyə baş katib vurğulayıb.