DÜNYA


Con Lennonun həyatından bəhs edən film çəkiləcək

Bakı, 2 fevral, AZƏRTAC

Amerikalı prodüser Maykl de Luka The Beatles qrupunun üzvü Con Lennon və yaponiyalı Yoko Ononun münasibətlərindən bəhs edən filmin çəkilişlərinə başlayacağı haqda məlumat verib.

De Lukanın bildirdiyinə görə, film ABŞ-da aktual olan sevgi, cəsarət və fəallıq haqqında olacaq. Onun sözlərinə görə, filmin əsas məqsədi müasir gəncliyi öz hüquqları uğrunda mübarizə aparmağa çağırmaqdır.

AZƏRTAC hollywoodreporter.com saytına istinadla xəbər verir ki, 83 yaşlı Yoko Ono, mərhum həyat yoldaşı haqqında çəkiləcək filmin ərsəyə gəlməsində yaxından iştirak edəcək. Filmin ssenari müəllifi britaniyalı fizik Stiven Hokinq haqqında sənədli filmi ərsəyə gətirmiş Entoni Makkarten olacaq.

Filmin adı və ekranlara çıxacaq tarix açıqlanmır.

Qeyd edək ki, 1969-cu ildən Con Lennonun həyat yoldaşı olan Yoko Ono avanqard rəssam, müğənni və incəsənət xadimidir. Həyat yoldaşı Con Lennon isə 1980-ci ildə Mark Çepmen tərəfindən onun gözləri qarşısında öldürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.