İDMAN


Coşua Kliçko ilə döyüş barədə fikirlərin onu yayındırmasına imkan vermir

A+ A

Kiyev, 5 noyabr, AZƏRTAC

IBF-nin versiyası üzrə superağır çəkidə dünya çempionu, britaniyalı Entoni Coşua bildirib ki, Erik Molina ilə dekabrın 10-da Londonda nəzərdə tutulan döyüşü ərəfəsində ukraynalı Vladimir Kliçko ilə potensial qarşılaması barədə fikirlərin onu yayındırmasına imkan vermir. Bu barədə AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir.

Daha əvvəl məlum olub ki, WBA E.Coşua ilə V.Kliçkonun boş qalmış “superçempion” adı uğrunda döyüşmələrinə razılıq verib. Döyüş 2017-ci ilin əvvəlində keçirilməlidir.

E.Coşua deyib: “İndi heç Vladimir Kliçkonun adını çəkmək istəmirəm. Hazırda bütün diqqətimi Erik Molina üzərində cəmləşdirmişəm. Rinqdə qarşıma ( növbəti döyüşdə) məhz o çıxacaq. Erik çox gözəl döyüşçüdür. Çoxları Deontey Uaylderi nokaut ustası hesab edirlər, amma Erik onun çox zərbələrinə davam gətirib”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.