MƏDƏNİYYƏT
Cövdət Hacıyevin “Fortepiano üçün seçilmiş əsərləri” kitabının xülasəsi “Pianodao” portalında
Bakı, 4 mart, AZƏRTAC
Görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevin 100 illik yubileyi münasibətilə çapdan çıxmış “Fortepiano üçün seçilmiş əsərləri” kitabının birinci cildinin xülasəsi “Pianodao - The Way of Piano” portalında yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, xülasədə bəstəkarın yaradıcılığı haqqında məlumat verilib, nəşrdə yer alan əsərlərin İngiltərə Kral Musiqi Məktəbi Şurasının (ABRSM) müəyyənləşdirdiyi dərəcələr üzrə hansı səviyyəli pianoçuya uyğunluğu göstərilib.
Qeyd edək ki, “Pianodao” internet resursu pianoçuları və müəllimləri müvafiq sahə üzrə məlumatlandırır, təşviq edir, habelə məqalələri, xülasələri, müsahibələri dərc edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]