MƏDƏNİYYƏT


Cövdət Hacıyevin əsərləri gənclərin ifasında

Bakı, Z.Mansurova, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli 11 illik musiqi məktəbində görkəmli bəstəkar, Azərbaycan milli simfonizminin banisi Cövdət Hacıyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Cövdət Hacıyev gənclərin ifasında” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bəstəkarın adını daşıyan məktəbdə Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə söhbət açıblar.

Tədbirdə bəstəkarın ömür yolunun və yaradıcılığının bəzi məqamlarının əks etdirən film nümayiş olunub.

Məktəbin şagird və müəllimlərinin ifasında bəstəkarın yaradıcılığından “Mərdanın ariyası”, “Ballada”, “Skerso”, “Azərbaycan xalq mövzusunda variasiyalar”, “Ey gül”, “Laylay”, “Nağıl”, “Marş”, “Gəzinti” adlı nümunələr, həmçinin Heydər Əliyevə həsr olunmuş şair-publisist Fəridə Ləmanın sözlərinə yazdığı “Onu zaman seçib” adlı VIII simfoniyasından bir hissə ifa olunub.

Sonda bəstəkarın ailə üzvü, Əməkdar Müəllim Ədilə Yusifova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.