REGİONLAR
Cüdo birinciliyinin qalibləri mükafatlandırılıblar
Bərdə, 1 dekabr, AZƏRTAC
Bərdə Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Bərdə, Goranboy, Göyçay, Ağdam, Ucar, Yevlax rayonlarından və Gəncə şəhərindən 19 çəki dərəcəsində 179 idmançı iştirak edib.
Tədbirin açılışında çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışıb.
Gərgin mübarizə şəraitində keçən yarışda Bərdə rayon komandası birinci, Gəncə şəhər komandası ikinci, Goranboy rayon komandası isə üçüncü yeri tutub.
Qalib idmançılar müxtəlif dərəcəli diplom və medallarla mükafatlandırılıblar.