İDMAN


Cüdo üzrə Avropa birinciliynin qəhrəmanları Vətəndə

Bakı, 4 iyul, AZƏRTAC 

Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa birinciliyində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.

AZƏRTAC xəbər verir ki, mötəbər turnirdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, bir qrup azarkeş və idmançıların ailə üzvləri qarşılayıblar.

Qitə birinciliyində Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazanıblar. Cüdoçumuz Davud Abaslı (60 kq) isə Litvada bürünc medala sahib olub.

Qeyd edək ki, 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı mötəbər yarışda Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.