REGİONLAR


Cüdo üzrə Naxçıvan şəhər birinciliyində 40-a yaxın idmançı qüvvəsini sınayıb

A+ A

Naxçıvan, 14 iyul, AZƏRTAC

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyində 7 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı qüvvəsini sınayıb.

AZƏRTAC xəbər verir ki, yarışdan əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Elşən Rəfiyev yarışın məktəblilərin yay tətilinin səmərəli təşkil edilməsi məqsədilə keçirildiyini bildirərək idmançılara uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara məlumat verdikdən sonra yarış başlayıb.

Yarışın nəticələrinə əsasən Heydər Zamanov, Xaspolad Tutayuq, Orxan Niftəliyev, Əsgər Səfərov, Əziz Hacıyev, Rauf Cabbarov və Rüfət Zeynallı müvafiq olaraq 23, 26, 29, 32, 35, 42 və 46 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilik Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.