İDMAN


Cüdo üzrə açıq respublika birinciliyi yekunlaşıb

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC 

Sumqayıt şəhər Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş, “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 13-15 yaşlı yeniyetmələr arasında cüdo üzrə açıq respublika birinciliyi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, birinciliyin keçirilməsinin əsas məqsədi mərkəzin yeniyetmələrdən ibarət yığma komandalarını formalaşdırmaq, perspektivli idmançıları aşkara çıxarmaq, bu idman növünə uşaqların marağını artırmaqdır.

Birincilikdə ümumilikdə idman məktəblərindən, klub və cəmiyyətlərdən ümumilikdə 32 komandanın tərkibində 300-dək idmançı mübarizə aparıb.

“Təhsil” RİM və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyini beynəlxalq və respublika dərəcəli hakimlər heyəti idarə edib.

Birinciliyin nəticələrinə əsasən şəxsi yarışlarda medalların sayına görə birinci yerə 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Mərkəzi (İOEUGİM), ikinci yerə “Təhsil” RİM-in Sumqayıt filialı, üçüncü yerə isə “Təhsil” RİM-in Gəncə filialı layiq görülüb.

Komandaların mübarizəsində isə birinci yeri 13 nömrəli İOEUGİM-nin komandası, ikinci yeri “Təhsil” RİM-in Sumqayıt filialının komandası, üçüncü yerləri isə 11 nömrəli Uşaq Gənclər İdman Mərkəzinin və “Azəri” cüdo klubunun komandaları tutub.

Qaliblər “Təhsil” RİM-in kubok, medal və diplomları ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.