İDMAN


Cüdo üzrə bölgə birinciliklərinə start verilib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC 

Cüdo üzrə bölgə birinciliklərinə start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi respublikamızın bölgələrində bu idman növünün inkişafı istiqamətində planlı şəkildə işlər aparır.

Regionlarda cüdo mərkəzlərinin sayı artırılır, perspektivli və gənc idmançılar seçilərək milli komandaların heyətlərinə cəlb olunur. Bu gündən başlayaraq ilin sonunadək regionlarda və paytaxtda keçiriləcək yarışlar ölkəmizdə cüdonun daha da populyarlaşmasına xidmət edir. Federasiyanın yüksək səviyyədə təşkilatçılığı ilə ilk belə yarış Şəmkirdə start götürüb.

Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Qərb Bölgəsi Birinciliyi U-18, U-15 yarışında 280 cüdoçu (272 oğlan, 8 qız) iştirak edir. İki gün davam edəcək yarışın ilk günündə 2003-2004 təvəllüdlü oğlanlar 30, 34, 38, 42, 46, 50, 55, 60, 66 və 66 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. 2003-2004 təvəllüdlü qızlar isə 36 və 40 kiloqramda yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.