İDMAN


Cüdo üzrə dünya çempionatı 2018-ci ildə ilk dəfə Bakıda keçiriləcək

A+ A

Bakı, 8 avqust, AZƏRTAC 

Cüdo üzrə böyüklər arasında 2018-ci il dünya çempionatı ilk dəfə Bakıda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu haqda qərar Beynəlxalq Cüdo Federasiyası (İJF) İcraiyyə Komitəsinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki iclasında qəbul olunub. İJF prezidenti Marius Vizer bildirib ki, Azərbaycan paytaxtı beynəlxalq tədbirlərin təşkili sarıdan gözəl ənənəyə malikdir: “2015-ci ildə ilk Avropa Oyunları Bakıda müvəffəqiyyətlə həyata keçirilib. Eyni zamanda cüdo üzrə "Böyük dəbilqə" turniri bir neçə ildir böyük uğurla təşkil olunur”.

Qeyd edək ki, iclasda 2019-cu il dünya çempionatının təşkilatçısı da müəyyənləşib. Bu, cüdonun vətəni, 2020-ci il Yay Olimpiya Oyunlarını da keçirəcək Yaponiyanın paytaxtı Tokiodur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.