İDMAN


Cüdo üzrə ölkə çempionatının ilk günündə doqquz çəki dərəcəsində qaliblər müəyyənləşib

A+ A

Bakı, 23 dekabr, AZƏRTAC 

Cüdo üzrə Azərbaycan çempionatının ilk günündə final görüşləri maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışlarda kişilər arasında 60 və 66 kiloqram, qadınlarda isə bütün çəki dərəcələrində qaliblər müəyyənləşib.

Qızların yarışında Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Şəhanə Alməmmədova (57 kq), Gülsədəf Kərimova (63 kq), Kristina Jukovets (70 kq), Günel Həsənli (78 kq) və Şəms Hacıyeva (78 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Oğlanların mübarizəsində Oruc Vəlizadə (60 kq) və Emin Həsənov (66 kq) respublika çempionatında birinci olublar.

Mükafatlandırma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Olimpiya çempionları, veteran cüdoçular və tanınmış idman xadimləri iştirak ediblər.

Qaliblərə medallar, fəxri diplomlar və pul mükafatları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.