İDMAN


Cüdo yarışlarının ikinci günündə komandamızın aktivinə ilk qızıl medalı Məmmədəli Mehdiyev yazdırıb

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını Məmmədəli Mehdiyev qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gənclər arasında Avropa birinciliyinin, Ümumdünya Tələbə Universiadasının bürünc medalçısı olan Məmmədəli Mehdiyev Qran-pri və “Böyük dəbilqə” turnirlərinin qalibi və mükafatçısıdır. O, həmçinin Avropa kubokunda birinci yerin sahibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.