İDMAN


Cüdoçu Nəzakət Əzizova: Hədəfim “Bakı-2017”nin çempionu olmaqdır

Bakı, 13 may, AZƏRTAC

Hədəfim finalda qələbə qazanaraq “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu olmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışında finala yüksələn idmançımız Nəzakət Əzizova jurnalistlərə müsahibəsində deyib.

“Finaldakı rəqibim Türkiyə təmsilçisi İrem Korkmaz və ya Əlcəzair idmançısı Meriem Moussa olacaq. Bir ay əvvəl Antalyada keçirilən yarışda İrem Korkmaza qalib gəlmişəm. Bu gün də görüşdən qalib ayrılacağıma inanıram”, - deyə N.Əzizova qeyd edib.

Yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayan N.Əzizova bildirib: “Finala adlamaq üçün iki görüş keçirdim. Yarımfinalda mübarizə nisbətən daha çətin oldu. Sonuncu rəqibim gənclər arasında dünya çempionu, eləcə də müxtəlif Qran-pri yarışlarının qalibi idi. O, rəqiblərim arasında ən güclüsü idi. Lakin onu məğlub etməyi bacardım və finala vəsiqə qazandım”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.