İDMAN


Cüdoçularımız Elxan Məmmədov və İrina Kindzerska finalda

Bakı, 14 may, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın iki idmançısı finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, mübarizəyə yarımfinal mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Toqo idmançısı Noeline Essohanam Koronun ardından əlcəzairli Sonya Aselanı da ipponla məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. İdmançımızın finaldakı rəqibi türkiyəli Kayra Sayıt olacaq.

Kişilərin yarışında 100 kiloqram çəkidə çıxış edən sonuncu Avropa çempionu Elxan Məmmədov da finala adlayıb. Yarımfinalda Özbəkistan təmsilçisi Viktor Demyanenko üzərində təmiz qələbə əldə edən atletimiz qızıl medala bir qədər də yaxınlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.