İDMAN


Cüdoçularımız Rio-de-Janeyroda mükafatlandırılıblar

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Rio-de-Janeyrodakı Atletlər kəndində, Azərbaycan nümayəndə heyətinin qərargahında XXXI Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk səkkizlikdə yer almış cüdoçularımız Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılması mərasimi təşkil olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AZƏRTAC-a bildirib ki, mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, şef-de-mission İlham Mədətov, cüdoçular və məşqçilər iştirak ediblər.

İlham Mədətov Azərbaycana ilk gümüş medalı qazandırdığına görə Rüstəm Orucova təşəkkürünü bildirib. O vurğulayıb ki, R.Orucovun medal qazanması digər idmançılar üçün də stimul olacaq, onlara qələbə əzminin artmasında böyük ruh yüksəkliyi verəcək.

Daha sonra İlham Mədətov Rüstəm Orucova və Orxan Səfərova Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və “Rio-2016” Təşkilat Komitəsinin sədri Karlos Vuzmanın imzaları ilə sertifikatları təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.