İDMAN


Cüdoçularımız açıq Avropa çempionatında dörd medala sahib olublar

Bakı, 24 iyul, AZƏRTAC 

Minskdə cüdo üzrə açıq Avropa çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə cüdoçularımız bir gümüş və bir bürünc medal qazanıblar.

Çempionatda 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri yalnız finalda uduzaraq ikinci yeri tutub.

Qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska Belarusda bürünc medala sahib olub.

Beləliklə, cüdoçularımız Minsk turnirini 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Yarışın ilk günü Hidayət Heydərov və Nicat Şıxalizadə bütün rəqiblərinə qalib gələrək Belarus paytaxtında çempionluq sevinci yaşayıblar.

Xatırladaq ki, 46 ölkədən 411 (285 kişi, 126 qadn) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.