İDMAN
Cüdoçularımız yeni reytinqdə mövqelərini yaxşılaşdırıblar
Bakı, 18 oktyabr, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, yeni siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar. Belə ki, yığmamızın aparıcı cüdoçularından ikisi mövqeyini yaxşılaşdırıb. Uşanqi Kokauri (100 kq-dan yuxarı) 2 rəqibini arxada qoymaqla 20-ci yerə yüksəlibsə, Nicat Şıxəlizadə (66 kq) 8-ci pilləni 7-yə dəyişib.
Millimizdə yenə ən yaxşı göstərici Olimpiya mükafatçılarımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımova (100 kq) məxsusdur. Onların hər ikisi öz çəki dərəcələrində birincidir. Bu cüdoçular kimi, Orxan Səfərov (60 kq), İlqar Müşkiyev (hər ikisi 60 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Aişə Qurbanlı (48 kq) da mövqeyini qoruyub. Onlar müvafiq olaraq, 2-ci, 14-cü, 20-ci, 19-cu və 40-cı pillədə qərar tutublar.
Cüdoçumuz Tərlan Kərimov (66 kq) isə 1 pillə geriləyib. O, hazırda 37-cidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]