İDMAN


Cüdoçumuz Kifayət Qasımova İslamiadanı gümüş medalla başa vurub

Bakı, 13 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında mübarizə aparan idmançımız Kifayət Qasımova həlledici görüşdə əlcəzairli Ratiba Tariketə məğlub olaraq “Bakı-2017”ni gümüş medalla başa vurub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, eləcə də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına baxıblar.

Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən Kifayət Qasımova finaladək keçirdiyi görüşlərdə Mərakeş və Kot D'İvuar idmançılarına qalib gəlsə də, uğurlu çıxışını finalda davam etdirə bilməyib.

2009-cü il dünya çempionatının bürünc mükafatçısı olan Kifayət Qasımova 2006-cı ildə Avropa çempionatının gümüş, 2007-ci və 2008-ci illərdə isə bürünc mükafatlarını qazanıb. O, həmçinin Pekin və London olimpiadalarının iştirakçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.