İDMAN


Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” beynəlxalq turnirində gümüş medal qazanıb VİDEO

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisi aktivinə ilk medalı yazdırıb.

Turnirdə 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən “Rio-2016” Yay Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucov mübarizəyə dörddəbir finaldan başlayıb. Onun rəqibi ilk qarşılaşmasında pakistanlı Nadeem Əkrəmə qalib gələn komanda yoldaşı Fəqan Quluzadə olub. F.Quluzadə üzərində qələbə qazanan R.Orucov yarımfinala yüksəlib. O, bu mərhələdə tatami sahibi Viktor Skvortovla üz-üzə gəlib. Rəqibini məğlub edən təmsilçimiz adını finala yazdırıb. Həlledici görüşdə İsveç cüdoçusu Tommi Makiasa uduzan R.Orucov “Böyük dəbilqə”də millimizə ilk medalı qazandırıb.

Komanda yoldaşına məğlub olmasına baxmayaraq, təsəlliverici görüşə vəsiqə qazanan F.Quluzadə bu mərhələdə braziliyalı Aleks Silva ilə üz-üzə gəlib. Qarşılaşmanı qələbə ilə başa vuran F.Quluzadə bürünc medal uğrunda görüşdə rusiyalı Musa Moquşkova uduzaraq 5-ci yeri tutub.

Digər cüdoçularımız Elvin Əhmədli və Ruslan Fərruxzadə (hər ikisi 81 kq) mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı turnirdə Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.