İDMAN


Cüdoçumuz Ulan-Bator Qran-prisində bürünc medal qazanıb

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-pri yarışına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb. Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy mübarizəyə dörddəbir finaldan qoşulub. İlk qarşılaşmasında monqolustanlı Ser-Od Nasanyarqala uduzan D.Məmmədsoy təsəlliverici görüşə qatılıb. Bu mərhələdə təmsilçimizin çıxışı uğurlu alınıb. O, ilk olaraq Rusiya cüdoçusu Maksim Burnaşev üzərində inamlı qələbə qazanıb. Davud Məmmədsoy həlledici qarşılaşmada daha bir rusiyalı idmançı Albert Monquşa qalib gələrək bürünc medala sahib olub.

Yarışda 66 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli də ilk görüşünü məğlub başa vurub. Cüdoçumuz təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli Paylak Qaloyanı mübarizədən kənarlaşdırsa da, bürün medal uğrunda mübarizədə sloveniyalı Andraz Jerebiyə uduzaraq Qran-pridə beşinci olub.

Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.