İDMAN


Cüdoçumuz Ulan-Bator Qran-prisində bürünc medal qazanıb

A+ A

Bakı, 2 iyun, AZƏRTAC 

İyulun 2-də Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Qran-pridə Azərbaycanın daha bir cüdoçusu yığmaya medal qazandırıb.

AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəkidə çıxış edən Fəqan Quluzadə üçüncü olub. İdmançımız həlledici görüşdə digər azərbaycanlı cüdoçu Telman Vəliyev ilə qarşılaşıb və qalib gəlib. O, bunadək dörddəbir finalda Çin idmançısı Yandelixey Ba ilə görüşüb. Qələbə qazanan Azərbaycan cüdoçusu yarımfinalda monqolustanlı Batgerel Battsetsegə yenilib.

Digər cüdoçumuz Afiq Səfərli (81 kq) bürünc medal uğrunda görüşdə koreyalı Yunq Von Yuna uduzub.

Yarışın ilk günündə Davud Məmmədsoy (60 kq) bürünc medal qazanmışdı. Qran-prinin son günündə - iyulun 3-də Azərbaycanın daha üç cüdoçusu tatami üzərinə çıxacaq.

Qeyd edək ki, Qran-pridə 13 ölkədən 65 kişi və 61 qadın cüdoçu mübarizə aparır. Azərbaycan yarışda doqquz kişi cüdoçu ilə təmsil olunur. Qızıl medal qazanan idmançıya üç min, ikinci pillənin sahibinə iki min, bürünc medal qazanan idmançılara isə min ABŞ dolları mükafat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.