REGİONLAR
Culfada voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilib
Culfa, 23 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Culfa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov çıxış edərək idmanın inkişafına və gənclərə göstərilən dövlət qayğısından, son zamanlar idmanın müxtəlif növləri üzrə əldə olunan nailiyyətlərdən danışıb.
Qeyd olunub ki, gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu var. Ona görə də muxtar respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilib. Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır. Bu çərçivədə Culfa rayonunda da ardıcıl tədbirlər görülür.
Yarış gərgin mübarizə şəraitində keçib. Əbrəqunus kənd komandası Ərəzin kənd komandasına 3:2 hesabı ilə qalib gəlib.
Qalib komandaya Culfa Rayon Gənclər və İdman İdarəsinin diplomu təqdim edilib.