REGİONLAR


Culfanın Kırna kəndində keçirilən xalq yaradıcılığı günü maraqla qarşılanıb

A+ A

Culfa, 28 oktyabr, AZƏRTAC

Muxtar respublikanın Culfa rayonunun Kırna kəndində keçirilən xalq yaradıcılığı günü rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə elmi-metodik mərkəzin direktoru Səyyar Məmmədov və Culfa rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mübariz Möhsünov muxtar respublikada milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində görülən məqsədyönlü işlərdən danışıblar.

Qeyd edilib ki, muxtar respublikanın şəhər və kəndlərində xalq yaradıcılığı günlərinin keçirilməsi milli-mədəni tariximizin, milli dəyərlərimizin yaşadılmasına əhəmiyyətli töhfə verir.

Culfa rayon mədəniyyət evinin, rayonun Qazançı, Əbrəqunus, Bənəniyar, Saltaq və digər kəndlərinin mədəniyyət evlərinin və klublarının folklor kollektivlərinin ifaları maraqla qarşılanıb. Yallı, aşıq havaları, qədim musiqi alətlərimizdə səsləndirilən musiqi nömrələri, qədim oyunlarımız tamaşaçılar tərəfindən alqışlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.