DÜNYA


“Culyetta” adlı yeni filmin treyleri çıxıb

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Məşhur ispan rejissoru Pedro Almodovarın “Culyetta” adlı yeni filminin treyleri çıxıb.

AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, filmdə rolları dünya şöhrətli aktrisalar Adriana Uqarte, Emma Suares və Rossi de Palma ifa edəcək.

Süjetə görə, baş qəhrəman Culyettanın qızı itir. Onun izlərini tapmaq üçün qadın Madriddəki evinə qayıdır. Orada o, coşqun cavanlığını, sevgisini və qızını ondan uzaqlaşdıran dəhşətli faciəni yada salır. Keçmişin kabusu ona indi də əzab verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.