Cümhuriyyətin 100, Heydər Əliyevin 95 illiyi ilə əlaqədar sosial şəbəkələrdə təbliğat kampaniyası keçiriləcək
Bakı, 1 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı fevralın 5-dən başlayaraq sosial şəbəkələrdə (Facebook, Titter və Instagram) “Müasir müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır”, “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qorumaq daha da çətindir” mövzularında təbliğat kampaniyasına başlayır.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, təbliğat kompaniyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və müasir müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib. Kampaniya çərçivəsində müxtəlif dillərdə ən yüksək göstəricilər - paylaşım edənlər və tvit göndərənlər təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq.