MƏDƏNİYYƏT
“Cümhuriyyətin ilk sədası” tamaşasının premyerası olacaq
Bakı, 10 fevral, AZƏRTAC
İrəvan Dövlət Azərbaycan Dram Teatrında türkiyəli yazıçı Dəmət Çizməlinin “Cümhuriyyətin ilk sədası” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.
Teatrın quruluş hissə müdiri Xəqani Əliyev AZƏRTAC-a eksklüziv olaraq bildirib ki, Azərbaycan teatr səhnəsində ilk dəfə nümayiş olunacaq bu tamaşa 1919-cu ildə qardaş Türkiyədə baş verən hadisələrdən bəhs edir. Hazırda tamaşanın son məşqləri aparılır. Çalışırıq ki, bu səhnə əsərini Novruz bayramı ərəfəsində tamaşaçılara təqdim edək.
X.Əliyev bildirib ki, tamaşa gənc rejissor Nicat Mirzəzadənin quruluşunda təqdim olunacaq. Bu səhnə əsərində əsas rolları - Atatürkün obrazını Natiq Həziyev, Qarabəkir paşanı isə Əhliman Ərşadlı canlandıracaq. Digər rollarda isə əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]