İDMAN


Cüneyt Çakıra “Rio-2016”da növbəti təyinat verilib

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

Türkiyəli FİFA referisi Cüneyt Çakıra növbəti təyinat verilib.

AZƏRTAC xəbər verir ki, Çakır Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Cənubi Afrika Respublikası və İraq komandaları arasında keçiriləcək oyunda iş başında olacaq.

Türkiyəli hakim matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Oyunun baş hakimi isə ekvadorlu Roddi Zambranodur. Baş hakimin köməkçiləri həmyerliləri Kristian Leskano və Biron Romero olacaqlar.

Qeyd edək ki, görüş avqustun 10-da oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.