RƏSMİ XRONİKA
DAĞISTANIN NÜMAYƏNDƏ HEYƏTİ QƏBUL EDİLMİŞDİR
Nümayəndə heyətinə parlament üzvləri, nazirlik və baş idarələrin rəhbərləri, o cümlədən Dövlət Milli Siyasət və Xarici Əlaqələr Komitəsinin sədri Məhəmmədsalih Qusayev, daxili işlər nazirinin müavini Camaluddin Ömərov, Dərbənd rayonu yerli hakimiyyətinin başçısı Səid Qurbanov daxildirlər.
Takibat Mahmudova indiki görüşün Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsindən sonra keçirilən ilk görüş olduğunu qeyd edərək, onu, Dağıstanın rəhbərliyi və bütün xalqı adından təbrik etmiş, ona Azərbaycanda yaşayan bütün xalqların tərəqqisi naminə uzunmüddətli səmərəli fəaliyyət arzulamışdır.
Azərbaycan Prezidenti təbriklərə və xoş arzulara görə minnətdarlıq etmiş, iki respublika arasında ənənəvi dostcasına mehriban qonşuluq əlaqələrini daha da inkişaf etdirməyin və möhkəmləndirməyin zəruriliyinə əmin olduğunu bildirmişdir.
O qeyd etmişdir ki, biz Azərbaycan xalqının ən yaxın və mehriban münasibətlər bəslədiyi Dağıstanın elçilərini ən əziz və istəkli qonaq kimi qarşılayırıq.
Ətraflı söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Görüşdə Azərbaycan Respublikasının dövlət katibi Lalə Şövkət Hacıyeva, başqa rəsmi şəxslər iştirak etmişlər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri