Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizin tərəqqisinə və xalqımızın sosial rifahının yüksəldilməsinə yönələn islahatların aparılması üçün başlıca qarant olan sabitlik yaradılmış, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədi ilə əməli tədbirlər görülmüşdür. 

Respublikada qanunun aliliyinin, demokratikləşdirmə, hüquqazidd əmələ görə cəzanın labüdlüyü və humanistlik prinsipləri vəhdətinin təmini, eləcə də güclü dövlətçilik intizamı və dövlət orqanları arasında normal, işgüzar münasibətlərin yaradılması – bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə siyasətinin də ardıcıl həyata keçirilməsinə, o cümlədən cinayətkarlıqla mübarizənin uğurla aparılmasına imkan vermişdir.

Möhtərəm Prezidentimiz tərəfindən fəaliyyəti dəfələrlə yüksək qiymətləndirilən daxili işlər orqanlarının bu sahədəki işinin məqsədyönlü təşkili nəticəsində, 1994-cü ildən başlayaraq cinayətkarlıqla mübarizənin yüksələn xətlə inkişafı təmin edilmişdir.

1992-ci illə müqayisədə əhalinin sayının 1 milyon nəfərdən çox artmasına, kriminogen duruma bu və ya digər şəkildə təsir göstərən amillərin mövcudluğuna baxmayaraq, həmin ilə nisbətdə ötən il cinayətlərin sayı bütövlükdə 34,9 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 37,6 faiz, qəsdən adamöldürmələr və ölümə cəhdlər 2,2 dəfə, quldurluq və soyğunçuluqlar 3,5 dəfə, oğurluqlar 4 dəfə, odlu silahla törədilən cinayətlər 6 dəfədən çox azalmışdır. Cinayətlərin açılma göstəriciləri də köklü surətdə yaxşılaşaraq 63,9 faizdən 92,7 faizədək yüksəlmişdir.

Cinayətkarlıqla mübarizənin uğurla aparılmasını insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri hesab edən Azərbaycan Respublikasının daxili işlər orqanları fəaliyyəti məhz bu prinsiplər üzərində qurur.

Daxili İşlər Nazirliyi tərəfindən son illər bu istiqamətdə köklü dönüş yaradılması, nəzarət və tələbkarlığın artırılması, şəxsi heyət arasında mənəvi-psixoloji iqlimin sağlamlaşdırılması, əməkdaşların humanizm ideyaları, qanunlara, hüquqi və etik normalara hörmət ruhunda tərbiyəsi üzrə bir sıra təşkilati-praktiki tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, şəxsi heyətin daxili işlər orqanları əməkdaşı adına ləkə gətirənlərdən qətiyyətlə təmizlənməsi, qanunları, insan və vətəndaş hüquqlarını pozan, cinayət törədən işçilərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi üçün ciddi ölçülər götürülmüşdür.

Qeyd edilməlidir ki, daxili işlər orqanları kadrları sıralarının hərc-mərclik dövründə qanunsuz yollarla xidmətə qəbul edilmiş şəxslərdən ardıcıl olaraq təmizlənməsi işləri nəticəsində, hələ 1993-1996-cı illərdə xidmətlə bir araya sığmayan hərəkətlərə, qatı intizamsızlığa yol vermiş, habelə cinayətkarlığa yuvarlanmış 5 mindən çox əməkdaş xaric edilmişdir.

1996-2001-ci illər ərzində isə vətəndaşlarla kobud rəftara, onların polisə əsassız gətirilməsinə və saxlanılmasına, qanunsuz məsuliyyətə cəlb edilməsinə, hüquqlarının digər şəkildə pozulmasına görə 740 əməkdaşa müxtəlif intizam tənbehləri verilmiş, 91 nəfər daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur.

Görülmüş bu və ya digər tədbirlər nəticəsində bütövlükdə əməkdaşlar arasında xidməti və icra intizamının möhkəmlənməsinə, şəxsi heyətin peşə hazırlığı səviyyəsinin yüksəlməsinə, insan və vətəndaş hüquqlarına daha ciddi riayət edilməsinə nail olunmuşdur.

Bununla yanaşı bəzi əməkdaşlar tərəfindən qanunçuluğun və insan hüquqlarının pozulması hallarına yol verilməsinə dair daxil olan siqnallar və vətəndaşların müraciətləri ciddi narahatçılıq doğurur, daxili işlər orqanlarının önəmli fəaliyyətinə və uğurlarına kölgə salan mənfi təzahürlərin qarşısının alınması üçün qətiyyətli tədbirlər görülməsini zəruri edir.

Dövlətimizin başçısının və nazirliyin rəhbərliyinin xüsusi diqqət mərkəzində saxladıqları qanunçuluğa və insan hüquqları prinsiplərinə riayət edilməsinə nəzarət məqsədi ilə ötən ilin sonlarında vətəndaşlardan daxil olmuş şikayətlər əsasında nazirlikdə xüsusi komissiya yaradılaraq paytaxtın bir neçə rayonunda qəfləti yoxlamalar keçirilmişdir.

Həmin yoxlamalar zamanı, nəqliyyat vasitələrinin əsassız təqibi və saxlanılması, ehtiyac olmadan vətəndaşlardan şəxsiyyəti təsdiq edən sənəd tələb edilməsi, onlarla kobud rəftar, bəzi əməkdaşların dostlarını tərk edərək təyinatdan kənar fəaliyyətlə məşğul olması kimi mənfi hallar, bütövlükdə polis əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verilməsi faktları aşkar olunmuşdur.

Aparılmış araşdırmalarla intizam qaydalarını, vətəndaşların hüquqlarını pozduqlarına, xidməti fəaliyyətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə daxili işlər nazirinin 7 yanvar 2002-ci il tarixli əmri ilə Nazirliyin paytaxtdakı orqan və hissələrinin 19 əməkdaşı daxili işlər orqanlarından xaric edilmiş və 22 nəfər digər növ intizam tənbehinə cəlb olunmuşdur.

Daxili İşlər Nazirliyinin qeyd olunan əmri Respublika daxili işlər orqanlarında elan edilməsi üçün yerlərə göndərilmiş, habelə şəxsi heyət arasında qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi məqsədi ilə əlavə tədbirlər müəyyən edilmişdir. Nazirliyin xidmətlərinin və ərazi orqanlarının rəhbərlərindən asayişin mühafizəsi, ictimai qaydanın, insan və vətəndaş hüquq və azadlıqlarının təmini işinin qüsursuz və səmərəli təşkili üzrə əməli tədbirlər görülməsi, post-patrul və yol-patrul xidmətinin aparılması işində, bütövlükdə əməliyyat-xidməti fəaliyyətdə qanunçuluğun gücləndirilməsi və bu yönümdə görüləcək işlərin ciddi nəzarətdə saxlanması tələb edilmişdir.

Daxili İşlər Nazirliyi ölkə ictimaiyyətini əmin edir ki, şəxsi heyət arasında rast gəlinən mənfi təzahürlərin qarşısı qətiyyətlə alınacaq, daim öz xalqı ilə bir olan, Vətənə və dövlətçiliyə sədaqəti ilə seçilən, daxili işlər orqanlarında apardığı xidmətdən mənəvi qürur duyan Azərbaycan polisi müdrik siyasətçi və böyük öndər, zati-aliləri cənab Heydər Əliyevin rəhbərliyi ilə ölkədə yaradılmış sabitliyin dönməzliyinin qorunub-saxlanılması, cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, ictimai təhlükəsizliyin və insan hüquqlarının etibarlı təmini üçün bundan sonra da qüvvə və səylərini əsirgəməyəcəkdir.

7 yanvar 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub