Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ölkədə cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, cinayət törədərək istintaqdan qaçıb gizlənənlərin tapılıb-tutulması və cinayət məsuliyyətinə cəlb edilməsi, vətəndaşların konstitusion hüquqlarının daim qorunması ilə bağlı hüquq-mühafizə orqanları qarşısında qoyduğu tələblərin icrası uğurla davam etdirilir.

        Məlum olduğu kimi, bu il iyulun 30-da saat 4.30 radələrində avtomat silahlarla silahlanmış 3 nəfər naməlum şəxs Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Zaqatala rayonunun Qala adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə basqın edərək qərargahın çaparı, sıravi Rəhmanov Şöhrət Vəfa oğluna baş nahiyyəsindən avtomatın qundağı ilə xəsarət yetirmiş, növbətçi kapitan Vəliyev Bakir Yusif oğlunu öldürməklə hədələyib silah otağının açarını tələb etmişlər. Lakin müqavimətə rast gəldiklərindən atəş açaraq onu yaralayıb hadisə yerindən qaçmışlar. B.Vəliyev aldığı yaradan hospitalda vəfat etmişdir.

        Əhali arasında çaşqınlıq, dövlətə, xüsusilə hüquq-mühafizə orqanlarına qarşı inamsızlıq yaratmaq məqsədi güdən bu ağır cinayət əməli nəinki rayonda, bütövlükdə respublikada geniş ictimai rezonans doğurmuşdur. Aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bu ağır cinayəti törədən şəxslər müəyyən olunmuşdur. Onlardan Zaqatala rayon sakini İslam Xiniyev həbs olunmuş, Emin Bakkayev isə Rusiya Federasiyasının Dağıstan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşları ilə keçirilən tədbirlər nəticəsində Mahaçqala şəhərində yaxalanmışdır. Onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.

        İbtidai istintaq zamanı aparılmış axtarışlar nəticəsində həmin bandaya məxsus olan döyüş sursatının bir qismi – bir ədəd F-1 qumbarası, 2 plastmas butulkada partlayışa hazırlanmış trotil partlayıcısı, çoxlu sayda 5,45 və 7,62 mm, kalibrli avtomat və pulemyot patronları, banda üzvlərinin istifadə etdikləri maskalar və bıçaqlar aşkar edilmişdir. Cinayətin törədilməsində iştirakçı olan digər şəxslər də müəyyən olunmuş, onların tapılıb-tutulması üçün əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

        Ağır cinayət törədərək layiq olduğu cəzadan yayınmağa çalışanların müəyyənləşdirilərək istintaqa cəlb edilməsinə dair başqa bir fakt.

        21 iyul 2001-ci il tarixdə evinə qayıtmayan Bakı şəhər sakini Əfəndiyev Əhməd Əlibala oğlunun evinə və iş yerinə həmin gündən sonra çoxsaylı zənglər edilərək onun avtomobil qəzasına düşməsi, hazırda müalicə olunduğu bildirilirdi. Avqustun 2-dəƏ.Əfəndiyevin evinə növbəti zənglə müalicə üçün 100 min ABŞ dolları məbləğində pul tələb edilmişdir. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Əhməd Əfəndiyev iyulun 21-də Bakı şəhər sakini Mirzəxan Cəfərov və onun Cəlilabad rayonunun Pokrovka kəndində yaşayan qardaşı Mirzəcan tərəfindən Abşeron rayonu ərazisində mübahisə zəminində öldürülmüş, meyiti yandırılmış, qalıqları isə basdırılmışdırs. Məhkəmə-tibb ekspertinin iştirakı ilə aparılan istintaq eksperimenti və digər istintaq hərəkətləri nəticəsində qardaşlar təkzibedilməz sübutlar qarşısında aciz qalaraq təqsirlərini etiraf etmişlər. Hər iki şəxs həbs olunmuşdur.

        Son vaxtlar əhalidə qanunsuz saxlanan minlərlə odlu silahın, külli miqdarda döyüş sürsatının yığılmasına, könüllü təhvil verilməsinə baxmayaraq, təəssüf ki, yenə də odlu silahdan istifadə edilməklə ağır cinayətlər törədilir. Lakin bu istiqamətdəpeşəkarlıqla həyata keçirilən əməliyyat-istintaq tədbirləri bir tərəfdən onu törədənlərin layiqli cəzalandırılmasına imkan verir, digər tərəfdən yeni-yeni cinayətlərin qarşısını alır, neçə-neçə insanı, onun əmlakını cinayətkar qəsdlərdən xilas edir.

        Bu günlərdə Samux rayonu ərazisində silahlı qarətlə məşğul olan 2 şəxs həbs olunmuşdur. Hər ikisi Samux rayon sakini olan Vladim Bağırov və Feyzulla Abbasov avtomat silahla bölgənin ayrı-ayrı kəndlərində öz cinayətkar əməllərini həyata keçirirdilər. Tutularkən onlardan AKS markalı avtomat silah, 26 ədəd avtomat patronu və bir ədəd avtomat sandığı götürülmüşdür.

İyul ayının 14-də İsmayıllı rayonunun Kürdmaşı kəndindəki avtomat telefon stansiyasını qarət edənlər də silahlı olmuşlar. Həyata keçirilmiş tədbirlər nəticəsində bu cinayəti törədənlər – Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Asif Mirzəyev və Qurban Məmmədov, Kürdəmir rayon sakini Həsrət Səfərov, Mingəçevir şəhər sakini Asif Əliyev müəyyən edilərək yaxalanmışlar. Tutularkən onlardan bir ədəd “Volter” tipli tapança götürülmüşdür. Bu çinayət işinin istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, həmin şəxslər bir gün əvvəl Ağsu rayonunun İlxıçı və Muradxanlı, daha əvvəllər isə Ağdaş rayonunun Qaradağlı, Kükəl, Şəmkir rayonunun Seyfəli kəndlərində eyni xarakterli çinayətlər törətmiş, nəticədə qiymətli rabitə avadanlığı oğurlamaqla dövlətə külli miqdarda maddi ziyan vurmuş, bu istiqamətlərdə normal iş rejimi pozulmuşdur.

        Qrup halında törədilən və nəticədə daha çox vətəndaşın zərər çəkdiyi bir cinayətin üstünün açılması nəticəsində müxtəlif vaxtlarda Ğəncə, İsmayıllı və Ağsu bölgələrində ayrı-ayrı şəxslərdən üst-üstə 200 baş xırdabuynuzlu mal oğurlayan dəstə ifşa olunmuşdur. Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

        Əvvəlki illərdə törədilməklə uzun illər bağlı qalan ağır cinayətlərin açılması istiqamətində də uğurlu tədbirlər həyata keçirilmişdir. 1995-ci ilin noyabrında Balakən rayon polis şöbəsinə hücumda iştirak edən dəstənin indiyədək axtarışda olan sonuncu üzvü – Eyvaz Qebeyev həbs olunmuşdur. Elçin Əmiraslanovun cinayətkar dəstəsinin üzvü və dövləti cinayətdə təqsirli bilinərək axtarışda olan Ceyhun Mustafayev Rusiyanın Tula, Azərbaycan Respublikası cinayət məcəlləsinin eyni maddəsi ilə təqsirli bilinən Yusif Əşrəfov isə Qazaxıstanın Çimkənd şəhərində yaxalanmışdır.

        Narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələrin satılması hallarının aşkarlanması da diqqət mərkəzində olmuş, bitki mənşəli narkotiklərin xammal bazasının ləğv edilməsi məqsədi ilə səmərəli əməliyyat-istintaq tədbirləri keçirilmişdir.

Belə ki, İran İslam Respublikasının vətəndaşı Adil Əhmədi Qəmbər 30 iyun 2001-ci il tarixdə 8-ci kilometr qəsəbəsindəsatış məqsədi iləəldə etdiyi 2 kiloqram 100 qram narkotik vasitə olan həşişi 2 min 400 ABŞ dollarına satarkən Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi tədbir nəticəsində tutulmuşdur.

        Sumqayıt şəhər polis idarəsinin bu günlərdə həyata keçirdiyi tədbir də uğurla nəticələnmişdir. Sumqayıt şəhər sakini Rasim Qurbanovdan güclü təsiredici narkotik vasitə olan 1 kiloqramdan çox heroin götürülmüşdür.

        Bakı şəhər sakini Ənvər Həsənov bu il avqustun 3-də Yasamal rayon polis idarəsinəərizə ilə müraciət edərək bildirmişdir ki, 30 iyul 2001-ci il tarixdə naməlum şəxs telefonla zəng edərək qızı Aytən Həsənovanı oğurladığını demiş, onun azad olunması üçün 100.000 ABŞ dolları tələb etmiş, əks təqdirdə qızı öldürəcəyi ilə hədələmişdir. Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal rayon polis idarəsi əməkdaşlarının dərhal həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qızın gizlədildiyi yer müəyyən edilmiş və o girovluqdan azad olunmuşdur. İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, Aytən Həsənovanı Canpolad Cahangirov adlı şəxs oğurlayaraq mənzilində saxlamış, azad olunması üçün valideynlərinə və qohumlarına dəfələrlə zəng vuraraq pul tələb etmiş, əks təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Canpolad Cahangirov elə həmin gün həbs edilmişdir. Faktla bağlı cinayət işi qaldırılaraq istintaq aparılır.

        Daxili İşlər və Prokurorluq Orqanları qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin qorunması istiqamətində uğurlu əməliyyat-axtarış və istintaq tədbirlərini davam etdirirlər.   

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY