REGİONLAR


DBNX: Ölkəyə idxal edilən bütün heyvandarlıq məhsullarına, eləcə də quş ətlərinə nəzarət olunur

Bakı, 22 iyul, AZƏRTAC 

Bəzi kütləvi informasiya vasitələrində guya Ukraynadan “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal edilən dondurulmuş toyuq ətlərinin tərkibində normadan artıq zərərli baytarlıq preparatların aşkarlanması ilə bağlı əsasız məlumatlar yayılıb.

Dövlət Baytarlıq Nəzarət Xidmətindən (DBNX) AZƏRTAC-a bildiriblər ki, respublikaya idxal olunan bütün heyvan, heyvan mənşəli, o cümlədən toyuq məhsullarının hamısında qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərin ekspertizası aparıldıqdan və məhsul idxal olunduqdan sonra laboratoriya müayinəsi aparılır. Səhiyyə Nazirliyində təsdiq edilən “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə əsasən heyvan mənşəli məhsulların laboratoriya müayinəsi həyata keçirilir.

“Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə uyğun olaraq ölkəyə idxal edilən bütün heyvan mənşəli və quşçuluq məhsulları mikrobioloji, toksiki elementlər, antibiotiklər, pestisidlər, hormonal preparatların qalıq miqdarı və radionuklitlərə görə yoxlanılır. Aparılan müayinələrin nəticəsinə əsasən, həmin məhsullarda heç bir əlavə, normadan artıq baytarlıq preparatları, insan orqanizmi üçün zərərli qalıq maddələr aşkar edilməyib və bütün göstəricilər Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş sanitariya-epidemioloji qaydalar və normativlərə uyğun olub.

Məhsullarda nəmliyin yoxlanılması isə Səhiyyə Nazirliyinin qəbul etdiyi sanitariya-epidemioloji qaydalar və normativlərdə nəzərdə tutulmayıb.

DBNX bildirir ki, ölkəyə idxal edilən bütün heyvandarlıq məhsullarına, eləcə də quş ətlərinə nəzarət olunur, məhsullar idxal edildikdən və laboratoriya müayinəsi aparıldıqdan sonra istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.