ELM VƏ TƏHSİL
DİM Direktorlar Şurasının sədri mayın 19-da Füzuli rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 11 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 19-da Füzuli rayonunda vətəndaşları qəbul edəcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, qəbulda Füzuli rayonunun sakinləri ilə yanaşı, İmişli, Beyləqan və Zərdab rayon sakinləri də iştirak edə bilərlər.
Qəbul saat 12.00-da Horadiz şəhəri, Muğam Mərkəzində (ünvan: Horadiz şəhəri, Heydər Əliyev prospekti) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşların DİM-in rəsmi internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya bu qurumun Bərdə Regional Bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə (ünvan: Bərdə şəhəri, H.Əliyev pr. 100, telefon: 020 205 01 86) müraciət etmələri xahiş olunur.
Qeydiyyata yazılmaq istəyənlər İmişli, Beyləqan və Zərdab rayon Təhsil Şöbələrinə də mayın 11-dən 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10.00-dan 17.00-dək müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.