CƏMİYYƏT


DİN-in şəxsi heyəti ağacəkmə kampaniyası keçirib

Bakı, 10 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti, Daxili Qoşunların hərbi qulluqçuları Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları hələ 2010-cu ildə sözügedən 5 hektarlıq sahədə Abşeron yarımadasının iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ Eldar şamları və zeytun ağacları əkiblər.

Budəfəki kampaniya zamanı ağaclara aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, sözügedən sahədə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 600 ədəd yeni Eldar şamının tingləri əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.