Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DÖVLƏTQAÇQINKOMUN MƏTBUAT XİDMƏTİNİN BƏYANATI

“Hürriyyət” qəzetinin 2002-ci il 31 mart tarixli, 64-cü nömrəsində “Məcburi Köçkünlərin Forumu” adlı qondarma bir tədbirin keçirilməsi və guya məcburi köçkünlər tərəfindən Azərbaycan hakimiyyətinə müraciət olunması barədə dərc olunmuş yazı ilə əlaqədar Dövlətqaçqınkomun mətbuat xidməti bildirir: 

Son zamanlar ölkədə gərgin zəhmət, ağır sınaqlar bahasına yaradılmış siyasi sabitliyi pozmağa cəhd göstərməklə Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurları həzm edə bilməyən müxalif qüvvələrin, habelə şəxsi maraqlarını ölkənin və xalqın maraqlarından üstün tutanların bu cür yazıları, təbii ki, geniş ictimaiyyətlə yanaşı, məcburi köçkünlər tərəfindən də hiddətlə qarşılanmışdır.

Bir neçə qohum-əqrabasını, vəzifə düşgünlərini, özünə “siyasətçi” imici formalaşdırmağa çalışan diletantları ətrafında toplayan müxalif qüvvələr xalqın və dövlətin mənafeyinə zidd olan məkrli siyasətlərinin uğursuzluqla nəticələndiyinə əmin olduqlarını biləndən sonra xalqımızın ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin hissiyatı ilə oynamağa, daha doğrusu, alver etməyə başlayıblar. Lakin onlar bir şeydə yanılırlar ki, 10 il çadır şəhərciklərində, vaqonlarda, daxmalarda dözülməz həyat şəraitində yaşayan insanların iradəsinə özlərinin bu cür ucuz və sensasiyalı təbliğatları ilə təsir göstərə bilməyəcəklər. Onlar müxtəlif tədbirlərdə yenə də köçkünlərin adından danışmaqla, özlərini Dağlıq Qarabağ probleminin həllinin “bilicisi”, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qaytarılmalarının “münəccimləri” rolunda təqdim etməyə çalışırlar. Onlar həmişə olduğu kimi, fevral-mart mitinqlərində də qaçqın və məcburi köçkün soydaşlarımızı özlərinin siyasi oyunlarına qoşulmağa təhrik etsələr də, buna nail ola bilmədilər. Çünki bu soydaşlarımız meydanlarda Qarabağ probleminin həll olunmayacağını gözəl başa düşürlər və yaxşı bilirlər ki, işsizlik və Qarabağ problemi, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi ölkə Prezidenti cənab Heydər Əliyevin birinci dərəcəli problem kimi hər gün diqqət mərkəzindədir.

Qaçqın və məcburi köçkünlərdən sosial baza yaratmağa çalışanların yalan və uydurmaları hətta o yerə çatıb ki, 5-10 nəfəri başına yığıb küçələrdə keçirdikləri tədbirlərdə məcburi köçkünlərin adından uydurma da danışırlar. Bu qurumlara xidmət edən bəzi mətbu orqanlar isə öz səhifələrində bu cür böhtanlar dərc etməkdən çəkinməyərək, yanlış ad, soyad və rayonları da göstərirlər. Lakin bu adları və ünvanları dəqiqləşdirərkən məlum olmuşdur ki, həmin rayonlarda belə bir adda məcburi köçkün yoxdur və ya onlardan xəbərsiz bəzilərinin adından istifadə ediblər.

Təəssüflər olsun ki, onlar Xocalı şəhidlərinin ruhunu narahat edərək, fevralın 26-da ehsan vermək adı ilə mitinq keçirməyə göstərməkdən çəkinməyiblər.

Yeddi yüz min nəfər məcburi köçkün adından “Məcburi Köçkünlərin Forumu” adlı qondarma bir tədbir keçirməyə və Azərbaycan hakimiyyətinə müraciət qəbul etməyə onların heç bir mənəvi haqqı yoxdur.

Bütün bunları nəzərə alaraq, Dövlətqaçqınkomun mətbuat xidməti bir daha bəyan edir ki, beş-on nəfər qohum-qonşusunu başına toplayanlar, səviyyəsi və qabiliyyətlərindən yuxarı iddialarda olanlar bilməlidirlər ki, qaçqın və məcburi köçkün soydaşlarımız həmişə olduğu kimi, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevi, onun apardığı daxili və xarici siyasəti ürəkdən dəstəkləyirlər. Onların köçkünlər adından danışmağa haqqı olmadığı kimi, qaçqın və məcburi köçkünlərin də bu cür siyasi fiqurların “narahatlığına və qayğıkeşliyinə” ehtiyacları yoxdur. Hər şeydən əvvəl ona görə ki, bu soydaşlarımızın problemləri ilə birbaşa dövlət özü məşğul olur.

Məcburi köçkünlərin uzun müddət belə məşəqqətə dözmələri ölkə Prezidenti cənab Heydər Əliyevə olan inamlarından irəli gəlir və onlar əmindirlər ki, möhtərəm Prezident işğal altındakı torpaqlarımızın istənilən yolla azad edilməsinə nail olacaq və bu insanlar doğma yurdlarına qayıdacaqlar.

Bəzi kütləvi informasiya vasitələrində məcburi köçkünlərlə bağlı dərc olunan böhtan xarakterli yazıların isə heç bir əsası yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq