REGİONLAR
DÖVLƏT BAYTARLIQ XİDMƏTİ TENDER KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 22-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2007-ci ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların və diaqnostikumların satın alınması məqsədi ilə açıq tender keçirmişdir.
Tender komissiyasının sədri, Xidmət rəisinin müavini Emin Şahbazov məlumat vermişdir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender barədə kütləvi informasiya vasitələrində müvafiq elan dərc etdirilmişdir. E.Şahbazov demişdir ki, komissiyaya dörd iddiaçı - “AqroVetServis”, “MVV İnstruments” Məhdud Məsuliyyətli Cəmiyyətləri, “Ridan injinirinq” MFK və “Ukrvetpromsnab” müraciət etmişlər.
Komissiyanın üzvləri iddiaçıların təklifləri ilə tanış olmuşlar.
Təkliflər qanunda nəzərdə tutulan müddətdə araşdırılacaq və nəticələr barədə iştirakçılara məlumat veriləcəkdir.